Ukraynalı hərbçilər Krımı silahsız tərk edirlər

media-hightechnic-468x90

mnnçmnçmnkj1500 ukraynalı hərbçi Krımı tərk edir. Onlar hərbi xidməti Ukraynada davam etdirmək istəyirlər. Hərbçilər və onların ailələri Krımdan silahsız və dəmir yolu ilə çıxarılacaqlar.

Bu barədə İTAR-TASS agentliyi xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, Sevastopolda Lazarev küçəsi, ev 6 ünvanda ukraynalı hərbçilər üçün müvəqqəti qeydiyyat məntəqəsi açılıb. Habelə onlar üçün martın 26-dan plaskartlı sərnişin vaqonları ehtiyatda saxlanır ki, onlar Ukraynaya gedən sərnişin qatarlarına qoşulacaqlar.
Sevastopolda səkkiz, Simferopolda, Yevpatoriyada, Feodosiyada hər birində iki, Kerçdə isə bir vaqon qeydiyyata alınıb.

Rusiya-Ukrayna sərhəddini keçdikdən sonra Krımdan gələn bütün hərbçilər Ukraynanın А-1978 saylı hərbi hissəsində yaradılan Novoalekseyevsk stansiyasındakı toplama məntəqəsinə gedəcəklər. Orada onlar yeni xidmət yerinə təyinat alacaqlar.

Qeyd edək ki, martın 26-da Ukraynanın Krımda yerləşdirilmiş 193 hərbi hissə və müəssisələrinin hamısında Rusiya bayraqları qaldırılıb.

Gerasimov bildirib: “Hərbi hissə və müəssisələrdə hərbi əmlakın inventarizasiyası və şəxsi heyətin təkrar attestasiyası keçiriləcək” (“trend”).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa