“Hərbi əməliyyatların, yaxud da hərbi xarakterli başqa fəaliyyətlərin başlanğıc tarixini məhdud sayda şəxslər bilir”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov danışıb.
Onun sözlərinə görə, Ukraynanın əks-hücum planının nə zaman və haradan başlayacağı haqqında məlumatı olan yüksək vəzifəli şəxslərin sayı 5-dən çox deyil:
“İnsanların bu və ya digər bəyanatlarının həqiqət olmayacağı ehtimalını hər zaman nəzərə almaq lazımdır. Hərbi əməliyyatların, yaxud da hərbi xarakterli başqa fəaliyyətlərin başlanğıc tarixini məhdud sayda şəxslər bilir.
Əks-hücum əməliyyatları başlayanda ukraynalılar bunu biləcəklər. Ancaq əməliyyatların yeri, vaxtı və müddəti tamamilə məxfi məsələdir”.
www.yenicag.az