Ukraynanın geri qaytara bilməyəcəyi torpaqları: Rusiya danışıqlar masasına necə cəlb ediləcək?

media-hightechnic-468x90

“Ukraynanın Donbası tamamilə işğaldan azad etməsi mümkün görünmür”.

Bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenskinin 1991-ci il sərhədlərinə qayıdışın mümkünsüz olduğu yönündəki fikirlərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə Yenicag.az-a açıqlamasında səsləndirib.media-mehemmedesedullazade1

Politoloq qeyd edib ki, Rusiya Donbas qarşılığında cəbhə xətti formalaşdıraraq atəşkəsə razılıq verməyi düşünür:

“Zelenskinin dedikləri reallığa söykənir. Həqiqətən də, Rusiya artıq Ukraynanı işğal edə bilməz. Demək olar ki, Ukraynaya hərtərəfli kifayət qədər hücum silahları verilir və həm cəbhədə sabitləşdirici proses həyata keçirir, həm də rusların əksər hücumlarını dayandırır, qarşılıq olaraq da əks hücumlar təşkil edirlər. Bundan əlavə, Rusiyanın daxilinə də hərbi zərbələr endirməyə başlayıblar və bu çox uğurlu şəkildə davam edir.

Düşünürəm ki, Zelenski etiraf edir ki, Donbası işğaldan azad etmək Ukrayna üçün çətindir. Rusiya burada çox güclü müdafiə sistemi yaradıb, amma danışıqlar yolu ilə proses həll oluna bilər. Rusiya artıq təkcə Donbasla kifayətlənir. Donbas qarşılığında cəbhə xətti formalaşdıraraq atəşkəsə razılıq verməyi düşünür. Hazırda Ukrayna əgər Donbasda Rusiya qüvvələrini sıxışdırıb böyük zərbələr vurarsa, əlbəttə ki, Rusiya danışıqlar masasına gələr və Donbas qarşılığında müəyyən güzəştlərə gedə bilər”.

Politoloq Rusiyanın masaya oturub güzəştlərə getməsi üçün ABŞ-nin silah yardımı etdiyini düşünür:

“Düşünürəm ki, Ukrayna və Rusiya əvvəl-axır ABŞ vasitəsilə bir masada oturacaq. Əlbəttə, ABŞ Ukraynaya silahları ötürür, hücum silahları verərək Rusiyanı güzəştlərə cəlb etməyə çalışır. Proses bundan ibarətdir. İndiki və növbəti mərhələdə Ukraynanın Donbas tamamilə azad etməsi mümkün görünmür.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa