!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın hərbi “sürprizləri”, yoxsa sülh danışıqları? - “Demoqrafik balansın pozulması və iqtisadiyyatın...”

!Reklam – Yazi

“Dünya taxıl bazarının ən böyük ixracatçısı olan Ukraynanın bərpa olunması uzunmüddətli prosesdir”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin davam etməsinin Ukrayna üçün mümkün nəticələrindən danışan politoloq Əzizbəyli Rübab Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynanın savaş nəticəsində üzləşdiyi problemlərin həlli üçün ədalətli sülhün əldə olunması vacibdir:

“Rusiyanın Ukraynada başlatdığı müharibə hələ də davam edir. Düzdür, dünyada bu müharibənin sülhlə bitməsini istəyən qüvvələr də var. Burada isə maraqlı sual yaranır, müharibədən sonra Ukraynanı nə gözləyir? İlk öncə qeyd etmək lazımdır ki, müharibənin ən ağır təsiri özünü demoqrafik sahədə göstərəcək. Çünki son zamanlar Ukraynada səfərbərlik yaşının artırıldığı, hətta qadınların belə hərbi xidmətə cəlb ediləcəyi ilə bağlı xəbərlər gündəmə gəlib.

Bu isə özlüyündə döyüş qabiliyyətli kişilərin sayının azaldığını göstərir. Yəni demoqrafik balans artıq pozulub. İkinci olaraq, ölkənin iqtisadiyyatı böyük zərbə aldı. Dünya taxıl bazarının ən böyük ixracatçısı olan Ukraynanın bərpa olunması uzunmüddətli prosesdir. Həmçinin Kiyevin xarici borclarının da artığını xüsusi qeyd etmək lazımdır.

Müharibə meydanına çevrilən ölkənin bu vəziyyətə düşməsi normaldır, lakin gələcəkdə Ukraynanın bərpa olunmasına böyük sərmayə tələb olunur. Bir sözlə, sadalanan problemlərin həlli üçün ədalətli sülhün əldə olunması vacibdir. Ukrayna dövləti və xalqı iqtisadi-siyasi cəhətdən güclü olmağa layiqdir. Bu gün Kiyevdən Moskvaya qarşı xüsusi “sürprizlər” gözləməkdənsə, Ukrayna xalqına öz müqəddəratını təyin etməyə imkanı yaradılması daha ədalətli olar”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv