!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın qorxulu yuxusu GERÇƏKLƏŞDİ – Yardımlar dayandırıldı, bəs SONRA?

!Reklam – Yazi

“Donald Trampın gəlişi ilə ABŞ tərəfindən Ukraynaya edilən yardımların dayandırılacağı əvvəlcədən gözlənilirdi. Tramp bunu seçkiöncəsi dəfələrlə qeyd etmişdi. İndi isə yardımın dayandırılması yenilik olmadı”.

Bu sözləri Yenicag.az-ala söhbətində politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi ABŞ Dövlət Departamentinin gözlənilmədən İsrail və Misir istisna olmaqla digər ölkələrə xarici, o cümlədən Ukraynaya hərbi yardımı dayandırmasının səbəblərini izah edib.

Analitikin fikrincə, məsələ ondadır ki, qeyd edilən yardımların dayandırılması və immiqrantların ABŞ-yə girişinə qadağa qoyulması ümumi prosesin tərkib hissəsi kimi ortaya çıxıb:

“Yəni bu, bilavasitə Ukraynaya şamil edilən proses deyil. Bunu nəzərə alaraq Bayden administrasiyası son aylarda Ukraynaya xeyli miqdarda silah-sursat göndərməyə başlamışdı. İsrailin də qadağalara məruz qalacağı gözlənilsə də, göründüyü kimi bu belə olmadı. Tramp İsrailin təhlükəsizliyinə önəm verdiyini göstərdi. Misir də eynilə ABŞ ilə ciddi şəkildə ortaqlıq edir. Misirin silahlanması və ABŞ-dən maliyyə yardımları alması daimi prosesdir. Təbii ki, bu qadağalar 90 günü əhatə edir. Tramp administrasiyası yardımların mahiyyətini özü üçün aydınlaşdırdıqdan sonra əksər hissəsini bərpa edə bilər”.

A. Qasımova görə, Ukrayna məsələsi isə gözlənilən Putin-Tramp görüşü və onun nəticələrindən asılı olacaq:

“Tramp nəticəyə görə Ukraynaya hərtərəfli yardımı kəsə, habelə bunu dəfələrlə artıra da bilər. Əgər atəşkəs və ya sülh razılığı olsa belə, Trampın Rusiyanın gələcək təhdidlərinin qarşısını almaq üçün Ukraynanın təhlükəsizliyi naminə ciddi addımlar atacağı mütləqdir, NATO-ya üzv olmasa belə…”

“Ukraynanın bu müharibədən itki ilə çıxacağı böyük ehtimaldır. Amma bu, o demək deyil ki, Ukrayna tamamı ilə ortada buraxılacaq və Rusiya özünü bu müharibədə qalib sayacaq. Belə hal Putinin də hazırda NATO ilə müharibə etdikləri vurğusu etdiyi qarşıdurmadan qalib çıxmaq demək olardı. Hesab edirəm ki, müharibənin məqbul şərtlərlə dayanması Ukrayna xalqı üçün qələbə olacaq. Rusiya kimi işğalçı güclə müharibədən öz üzünü saxlayaraq çıxmaq Ukrayna xalqının əsl qələbəsidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv