Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ukraynanın yeni “Ölüm silahı”: Göydən “Oskol” yağacaq – VİDEO

Ukrayna hərbi-sənaye kompleksinin məhsulu olan yeni raketlər təqdim olunub.

Yenicag.ru-nun məlumatına görə, Ukrayna hərbçiləri yerli istehsal olan “Oskol” RS-80 idarəolunmaz reaktiv raketləri uğurla sınaqdan keçiriblər.

Bu barədə Ukrayna prezidenti Petro Poroşenko özünün “Facebook” səhifəsində məlumat verib. Prezident yayımladığı videomateriala bu qeydləri də əlavə edib:
“Səsdən sürətli olan bu raketlər təyyarələrə, helikopterlərə, o cümlədən yerüstü qurğulara yerləşdirilərək, düşmənin hərbi texnikasını və möhkəmləndirilmiş mövqelərini məhv etməyə qadirdir”.

Poroşenkonun sözlərinə görə, “Oskol” raketləri müxtəlif hava şəraitində S-24M bombardmançı təyyarələri vasitəsilə uğurla test edilib.

www.yenicag.az

6503
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM