“Ukraynaya təhlükəsizlik zəmanəti olmadan atəşkəs davamlı ola bilməz” – Paul Stares

media-hightechnic-468x90

“NATO və digər tərəfdaş ölkələrin prosesdə aktiv iştirakı həm Ukraynanın uzunmüddətli suverenliyini möhkəmləndirmək, həm də Avropada davamlı sülhün təminatı üçün əsas rol oynayacaq”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsində atəşkəs perspektivlərini təhlil edən beynəlxalq münasibətlər üzrə ekspert Paul Stares yazıb.

O, təhlil məqaləsində qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində atəşkəs perspektivləri zəif görünsə də ABŞ və Avropa liderləri sülhə nail olmaq üçün strateji və irimiqyaslı planlamaya başlamalıdırlar:

“Ukrayna və NATO üçün əsas məsələ atəşkəsin Rusiyanın gələcək təcavüzünün qarşısını necə alacağıdır. Belə razılaşma yalnız müvəqqəti hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmamalı, eyni zamanda davamlı və sabit sülhün əsasını qoymalıdır. ABŞ atəşkəsin texniki və təhlükəsizlik mexanizmlərinin indidən dizayn edilməsinə öncüllük etməlidir ki, hər hansı sürətli danışıqlar baş verərsə real və təsirli təkliflər masada olsun”.

Onun sözlərinə görə, Ukraynanın əsas narahatlığı atəşkəsdən sonra Rusiyanın hərbi qüvvələrini yenidən toplayaraq daha böyük hücuma keçmək ehtimalıdır:

“Bu səbəbdən, razılaşmada Rusiyanın təkrar təcavüzünü nəticəsiz edəcək mexanizmlər qurulmalıdır. Belə mexanizmlərə siyasi təzyiqlər, xüsusilə Çin və Hindistan kimi ölkələrin razılaşmaya diplomatik dəstəyi, iqtisadi sanksiyaların avtomatik bərpası və hərbi güc balansını Ukraynanın xeyrinə dəyişəcək müdafiə tədbirləri daxildir. Eyni zamanda Rusiyanın genişmiqyaslı hərbi hazırlıqlarının aşkarlanması üçün monitorinq sistemləri və neytral bufer zonaları təsis olunmalıdır”.

Analitikin fikrincə, hərbi və texniki baxımdan təmas xətti boyunca güclü müdafiə mövqelərinin qurulması, silahların və hərbi təlimlərin miqyasına məhdudiyyətlər və beynəlxalq müşahidəçilərlə nəzarət sistemlərinin yaradılması vacibdir:

“Bu, Rusiyanın yenidən hücuma keçmək planlarını çətinləşdirə bilər. Paralel olaraq, Ukraynanın özünü müdafiə hüququ qorunmalı, lakin Rusiyanın da atəşkəs rejiminə qarşı həssaslığını artıracaq bərabər mexanizmlər qurulmalıdır. Bu cür balanslaşdırılmış və qarşılıqlı məqbul yanaşma gələcəkdə NATO-Rusiya sərhədlərində daha geniş sabitliyin bərqərar olunmasına da töhfə verə bilər”.

“ABŞ və müttəfiqləri artıq indidən atəşkəs və sülh danışıqlarına hazırlıq görməlidirlər. Bu məqsədlə, Ukraynanın təhlükəsizliyini təmin edəcək diplomatik, hərbi və iqtisadi mexanizmləri nəzərdən keçirəcək idarələrarası və beynəlxalq işçi qrupları yaradılmalıdır. NATO və digər tərəfdaş ölkələrin prosesdə aktiv iştirakı həm Ukraynanın uzunmüddətli suverenliyini möhkəmləndirmək, həm də Avropada davamlı sülhün təminatı üçün əsas rol oynayacaq. Hazırkı zəif danışıqlar perspektivlərinə baxmayaraq planlamalar gələcəkdə uğurlu və davamlı razılaşmanın əsasını təşkil edə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa