Ülkər İsayevanın keçmiş həyat yoldaşından olaylara münasibət

media-hightechnic-468x90

10621914_10203254161528138_765164263_nhDöyülmə videosu ilə gündəmə gələn Ülkər İsayevanın keçmiş həyat yoldaşı Aydın Əhmədzadə son olaylara münasibət bildirib.

Açıqlamasında A.Əhmədzadə keçmiş qayınatası, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib.

Onun sözlərinə görə, H.İsaxanlının fikirləri həqiqətə uyğun deyil, məlum videonun yayılmasında günahsızdır:

“Boş söhbətdir. Bu xəbəri də hamıdan gec mən bilmişəm və görəndə şok keçirdim”.
A. Əhmədzadə qeyd edib ki, Ü.İsayevanın videosunu o yaymayıb:

“Balamın anası ilə bağlı ömrümdə heç vaxt pis fikir bildirməmişəm. Bu məsələdə əli olan hər bir insan cəzasını almalıdır. Mən 4 aydır ki, Azərbaycandan köçmüşəm. Hazırda ABŞ-ın Mayami şəhərində yaşayıram.

Mən onun-bunun gizli kamera çəkilişləri ilə məşğul olmuram.

Çox ümidvaram ki, çox hörmət etdiyim Hamlet müəllim və prokurorluq orqanları günahkarları aşkar edəcəklər. İnanıram ki, bu videonu yayanlar məlum olacaq. Nə deyə bilərəm ki, Allah hamiya səbr versin”-deyə A.Əhmədzadə vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa