ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sahibsiz itlərlə bağlı müzakirələr aparılıb.
Yenicag.az xəbər verir ki, verilişdə vəziyyətin heç də ürəkaçan olmadığı və paytaxtın bir çox yerlərində hətta parklarda belə çox sayda sahibsiz itlərə rast gəlindiyi haqda danışılıb. Efirə zəng edən ana da övladının yaşadığı evin qarşısında itin hücumuna məruz qaldığını və onu dişlədiyini deyib.
Verilişin aparıcısı Ülvira Qarayeva məsələ ilə bağlı yerli icra hakimiyyəti orqanlarını günahlandırıb. Bu və digər məsələlərlə bağlı icra hakimiyyətindən açıqlama almağın mümkün olmadığını vurğulayıb.
Bu barədə ətraflı aşağıda qeyd olunan linkdə baxa bilərsiniz.
www.yenicag.az