UN-Habitat Azərbaycana WUF13 üçün məkan təqdim etdiyinə görə minnətdardır – Rossbax
UN-Habitat belə bir kritik dövrdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün məkan təqdim etdiyinə görə Azərbaycana minnətdardır.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13 açılışına həsr olunmuş mətbuat konfransında bildirib.













