Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişikliyi olub. UNEC-in Elmi Şurasında qəbul edilən qərara əsasən iki fakültə və bir neçə kafedra birləşdirilib.
“Uçot-iqtisad” fakültəsi ilə “Maliyyə” fakültəsi birləşdirilərək, “Maliyyə və mühasibatlıq” fakültəsi adlandırılıb.
UNEC-in “İqtisadi nəzəriyyə 1” və “İqtisadi nəzəriyyə 2” kafedraları ayrılıb. Bundan sonra “İqtisadi nəzəriyyə 2” kafedrası “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılacaq.
“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları isə birləşdirilərək “İstehlak mallarının ekspertizası” kafedrası adlandırılıb.
Bundan başqa, UNEC-də “Humanitar fənnlər” kafedrası yaradılıb. Yeni kafedrada “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilib.
www.yenicag.az