UNEC-in kitabxana sistemi modernləşəcək

media-hightechnic-468x90

d532c6ecd91772085edd8c8a9cfd296fAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kitabxana sistemi müasir standartlar səviyyəsində qurulacaq. Bu sahədə Türkiyənin Bilkənt Universiteti UNEC-ə dəstək olacaq. Bununla bağlı Türkiyəyə səfəri çərçivəsində UNEC-in rektoru, professor Ədalət Muradovla Bilkənt Universitetin rektoru, professor Abdullah Atalar arasında razılıq əldə olunub.

Razılaşmaya əsasən, Bilkənt Universiteti bu sahədə öz təcrübəsini UNEC ilə paylaşacaq. Bilkent Universiteti ilə UNEC arasında MBA üzrə ikili diplom proqramının təşkili, tələbə və müəllim mübadiləsinin aparılması da mümkün olacaq.

Qeyd edək ki, Bilkənt Universiteti Türkiyənin ən böyük və modern universitet kitabxanasına malikdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600