Pakistanın Xeybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində 3 silahlı şəxs universitetə hücum edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerində 2 partlayış olub. Terrorçuların siniflərə, yataqxanalara, tələbə və müəllimlərə atəş açdıqları bildirilir.
Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Bəzi KİV-lərin yaydıqları informasiyada qeyd olunur ki, terakt nəticəsində 1 nəfər ölüb, 10 yaxın şəxs isə yaralanıb.
İlkin versiyaya görə, hadisəni Taliban yaraqlıları törədib.