Uşağınızın terrorçu olmasını istəmirsinizsə…

media-hightechnic-468x90

1424417502ekremZaman-zaman ictimai xadimlər, elm adamları orta məktəblərdə dinin tədris olunması üçün təkliflər irəli sürüblər. Lakin hələ də məktəblərdə dini dərslər keçirilmir. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov hesab edir ki,orta məktəblərdə dinin tədris olunması bizim gənclərimiz üçün böyük effekt yaradacaqdır.

“Xüsusi ilə vurğulamaq lazımdır ki, uşaqlıq çağları, yeniyetməlik dövrü uşaqlar üçün ağ səhifə adlandırılır. Bu həm də həqiqəti əks etdirir. Həmçinin gənclikdə mənimsənilən müəyyən bilgilər ömür boyu insanın kamil qalmasını təmin edir. Xüsusi ilə uşaqlığın ən parlaq səhifəsi məktəb çağlarıdır. Bu çağlarda digər elmlərlə yanaşı uşaqlarımıza əxlaq, tərbiyə, müəyyən dinlər haqqında xüsusi bilgilər, bunun yanında da islam dini xülasə olaraq öyrədilməlidir. Bunun üçün mən hesab edirəm ki, Türkiyə modelindən də yararlana bilərik. Bu da bir həqiqətdir ki, islam dininin məktəblərdə tədrisi eyni zamanda onlarda elmə həvəsi çoxaldacaqadır. Xoşagəlməz davranışları tərk etmələri, özlərini tanımaları, gələcəkdə güclü iradə sahibi olmaları, həyatlarında müsbət yöndə dəyişikliklərin müşahidə olunacağı qaçınılmazdır. Mən orta məktəblərdə dinin tədrisinin artıq vacib olduğunu hesab edirəm. Belə olsa onlar gələcəkdə radikal təsirlərdən də uzaq qalmış olacaqlar”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600