İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi məqsədi ilə gerçəkləşən layihənin növbəti təlimi “Xəzər” Media Mərkəzində keçirilib.
Yenicag.az xəbər verir ki, vlideynlərini itirmiş və ya onların nəvazişindən məhrum gənclərin gələcək məşğulluğunun təmin olunması üçün yerli televiziya məkanları ilə tanış edilməsi də layihədə öz əksini tapıb.
Növbəti təlim günü “Xəzər” Media Mərkəzinin rəhbərliyi tərəfindən layihə iştirakçısı Gülçöhrənin ad günü münasibəti ilə xoş sürpriz hazırlanıb. Belə ki, təlim zalına tort gətirilib Daha sonra səbəbkarı “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş və “Səhər mərkəzi” verilişinin aparıcılarından olan Tural Əsədov təbrik ediblər. Tort kəsildikdən sonra xatirə şəkilləri çəkilib.
Lalə Azərtaş internat məzunlarının sosial layihələrə cəlb edilməsinin vacibliyindən danışıb: “Biz məzunlarımızı cəmiyyətə qazandırmalıyıq. “Xəzər Televiziyasının rəhbərliyinin də bu layihəyə dəstək verməsini ürəkdən alqışlayıram”.
Daha sonra layihə iştirakçıları Televiziyada mediatur həyata keçiriblər, yeməkxanada nahar yeməyinə qonaq ediliblər.
www.yenicag.az