Son günlərdə azyaşlılar arasında skarlatina virusu yayılıb.
Yenicag.az xəbər verir ki, bu barədə pediatr Aytən İsmayılzadə İTV-yə bildirib.
O qeyd edib ki, havaların dəyişkən olması, fiziki aktivliyin zəifliyi, düzgün qidalanmamaq, qapalı məkanlarda çox vaxt keçirmək, immunitetin zəifləməsi xəstəliyin ağırlaşmasına və yayılmasına səbəb olur.
Həddən artıq paket yeməklər və şirniyyat da sağlamlığa zərərdir. Uşaqların bu xəstəliyi ağır keçirmələrinə səbəb vaxtında düzgün immunitetin formalaşmamasıdır.
Pediatr qeyd edib ki, skarlatina virus deyil, mikrob xəstəliyidir. Burada ilk müalicə həftəsindən antibiotik qəbulu və düzgün terapiya aparılmalıdır./modern.az
www.yenicag.az