Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qorxulu xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, qurum milçək və gənə kimi canlılar tərəfindən ötürülən yeni xəstəliyin qlobal bir pandemiyaya çevrilə biləcəyini açıqlayıb.
“Zika” və “Denq” qızdırması kimi xəstəliklərin yeni pandemiyaya səbəb ola biləcəyini açıqlayan mütəxəssislər, “”Zika” virusu kimi patogenlər yayıla bilər. Xəstəliklərin yayıla biləcəyi bölgələrdə 4 milyarda yaxın insan yaşayır” , – deyə qeyd ediblər.
“Zika”, “Denq” və sarı qızdırma kimi arbovirusların sürətlə yayıla biləcəyini izah edən ÜST-ün Qlobal Yoluxucu Xəstəliklərə Hazırlıq Qrupunun direktoru Silvie Briand, həmçinin bu fikirləri əlavə edib:
“COVİD-19 pandemiyasının iki ilini geridə qoyduq və hazırlıqsızlığın bu cür xəstəliklərə necə təsir etdiyini gördük. Eyni zamanda, 2003-cü ildə Sars və 2009-cu ildə qrip epidemiyası ilə belə epidemiyaların mövcudluğundan agah olduq. Çox güman ki, növbəti pandemiya arboviruslardan olacaq. Risk artımının bəzi əlamətləri də var. “Zika” 2016-cı ildən bəri 89 müxtəlif ölkədə müşahidə olunub, sarı qızdırma isə 2000-ci illərin əvvəlindən artmaqdadır”.
Mütəxəssislər bildiriblər ki, sarı qızdırma və “Zika” epidemiyası ilə yanaşı, daha az tanınan “Çikunqunya” adlı xəstəlik də narahatlıq yaradır./Sfera/
www.yenicag.az