ÜST: "Koronavirusun yeni ştammın qeydə alındığı ölkələrin sayı 86-ya çatıb"

media-hightechnic-468x90

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniyada aşkar olunan koronavirusun yeni ştammının keçən həftə daha altı ölkədə müəyyən edildiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bununla da yeni ştammın qeydə alındığı ölkələrin sayı 86-ya çatıb.

Bundan əlavə, Cənubi Afrika, Braziliya və Yaponiyada müəyyən edilmiş ştammların yayılma coğrafiyasının genişləndiyi qeyd olunur.

Bildirilir ki, COVID-19-un Cənubi Afrika növü son həftədə üç, ümumilikdə 44 dövlətdə aşkarlanıb.

Virusun Yaponiya növü yeddi gün ərzində beş yeni dövlətə yayılıb və hazırda 15 ölkədə müşahidə edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600