Nazirliyin 4500 baş mal-qarası "buxarlandı": AKİA-da milyonluq mənimsəmə?

media-hightechnic-468x90

Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində apardığı yoxlama nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı verilən təkliflər hələ də icra olunmayıb.
Modern.az-ın Hesablama Palatasının rəsmi saytından əldə etdiyi məlumata görə, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq 2021–2023-cü illəri əhatə edən yoxlama damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Audit zamanı damazlıq heyvandarlıq sahəsində dövlət dəstəyinin bütün mərhələləri – damazlıq heyvanların alınması, subsidiyaların verilməsi, güzəştlərin tətbiqi və nəzarət mexanizmləri araşdırılıb.
Yoxlamalar zamanı ciddi uyğunsuzluqlar aşkar edilib. Belə ki, monitorinqlər nəticəsində dövlət tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvanın fermer təsərrüfatlarında faktiki mövcud olmadığı müəyyən edilib. Həmin heyvanlar üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilmiş güzəşt məbləği 5,1 milyon manatdan çox olub.
Bundan əlavə, audit zamanı 8 baş damazlıq heyvanın maliyyələşdirilməsi ilə bağlı qərarların verildiyi tarixdə həmin heyvanların artıq öldüyü məlum olub. Həmçinin minlərlə damazlıq heyvan üzrə sənədlərdə göstərilən satış qiymətləri ilə real idxal dəyəri arasında fərqlər olduğu, bu halda 10,2 milyon manat güzəşt məbləğinin risklər araşdırılmadan maliyyələşdirildiyi qeyd edilib.
Azərbaycan Respublikası Hesablama Palatası aşkar edilmiş bu nöqsanlarla bağlı güzəşt hesabına ödənilmiş vəsaitlərin bərpa olunmasını tövsiyə edib. Lakin Palatanın məlumatına görə, həmin tövsiyələr indiyədək icra edilməyib və məsələ hazırda “izlənilməsi davam edir” statusundadır.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa