Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “qlobal fövqəladə vəziyyət” elan edilən və Afrikanın təsirinə məruz qalan “meymun çiçəyi” virusunun “daha yoluxucu” variantı İsveçdə aşkarlanıb.
Yenicag.az xəbər verir ki, Avropada virusa ilk yoluxma çaxnaşma yaratsa da, İsveç rəsmiləri Afrikadan kənarda ilk infeksiyanı aşkar etdiklərini təsdiqləyiblər.
“meymun çiçəyi” virusu Afrikadan yayılıb. İlk “meymun çiçəyi” hadisəsi İsveçdə qeydə alınıb. Artıq bütün gözlər Avropa sərhədlərinə yayılan xəstəliyə görə rəsmi orqanlardadır.
Qeyd edək ki, ÜST ötən ilin noyabr ayında yaydığı açıqlamada virusun Konqo Demokratik Respublikasında cinsi yolla keçdiyini ilk dəfə təsdiqləyib və afrikalı elm adamları bu vəziyyətin xəstəliyə nəzarəti çətinləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Şimali Amerika və Avropada “meymun çiçəyi” epidemiyaları peyvəndlər və antiviral müalicələr, eləcə də yüksək riskli qruplara yönəldilmiş ictimai sağlamlıq mesajları vasitəsilə idarə olunub. Ancaq son aylar bir çox ölkədə epidemiyaların müşahidə olunduğu Afrika qitəsinin bəzi bölgələrində peyvənd, demək olar ki, yoxdur.
İsveçin Səhiyyə və Sosial Məsələlər naziri Yakob Forssmed yoluxma barədə məlumatı ilk dəfə mətbuat konfransında açıqlayıb.
İsveç Xalq Sağlamlığı Təşkilatından verilən açıqlamada sözügedən hadisənin ilk dəfə “meymun çiçəyi” virusunun təhlükəli variantı olan Clade I-in Afrikadan kənarda təsbit edildiyi və xəstənin paytaxt Stokholmda olduğu bildirilib.
Afrikada ən çox zərər çəkən ölkə, bu il ən böyük epidemiyasında 12 000-dən çox yoluxma və təxminən 470 ölüm hadisəsi qeydə alınan Konqo Demokratik Respublikasıdır.
Ölkə diaqnostik testlərdə aşkar edilə bilməyən təhlükəli yeni bir ştamla, həmçinin xəstəliklərə qarşı peyvənd və müalicə çatışmazlığı ilə baş-başa qalıb.
Sonuncu dəfə 2022-ci ildə “meymun çiçəyi” infeksiyasını qeydə alan Cənubi Afrika da bu il yeni bir xəstəliyin baş verdiyini açıqlayıb. İnfeksiyanın ucqar ərazilərdə ən çox yayıldığı Mərkəzi Afrika Respublikasında səlahiyyətlilər, xəstəliyin yayılmasını azaltmaqla bağlı hökumətin səylərinə yardım etmək üçün ictimai dəstək üçün müraciət ediblər.
İsmayıl Bakuvi
www.yenicag.az