“Buta Airways” aviaşirkəti müştərilərə qarşı əcaib tələbi ilə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, sözügedən şirkət aviabiletin ödənilməsi üçün istifadə olunan kartın təqdim edilməsini istəyir.
Yəni, minimal qiymətə təqdim olunan “Büdcə” və “Standart” tarifli aviabiletləri alan müştərilər hava limanında qeydiyyatdan keçən zaman aviabiletin ödənilməsi üçün istifadə olunan kartı təqdim etməlidirlər.
Məsələni Yenicag.az-a şərh edən iqtisadçı Əli Əhmədov bildirib ki, “Buta Airways”də qaranlıq qalan çox məqam var. Onun sözlərinə görə, şirkət müştərilərə bu xəbərdarlığı etməklə gələcəkdə baş verə biləcək narazılıqlardan özünü sığortalamaq istəyir:
“Ümumiyyətlə, bəzi təşkilatlar var ki, öz daxili qaydalarını müəyyən edirlər. Lakin bunun ümumi qanunvericiliyə və məntiqə nə qədər uyğun gəlib-gəlmədiyini heç araşdırmırlar. “Buta Airways” hansı səbəbdən kartın tələb edildiyini bununla əsaslandırırlar ki, guya kimsə başqasının kartından daxil olub, özünə bilet ala bilər. Bu da həmin kart sahibinin xəbəri olmadan pullarının xərclənməsinə səbəb ola bilər”.
Əli Əhmədov bildirib ki, “Buta Airways”in internet təhlükəsizliyi baxımından izahına inanmaq olardı. Lakin məsələ burasındadır ki, bu qayda sadəcə “Büdcə” paketinə aiddir. Bu isə qərarın məntiqsiz olduğunu isbatlayır:
“Buta Airways” bildirir ki, bu qayda yalnız “büdcə” paketinə aiddir. “Büdcə” paketi ən pis paketdir. Doğrudan da, onlar internet təhlükəsizliyin qayğısına qalırlarsa, o zaman bu qayda bütün paketlərə aid olsun. Olduqca məntiqsiz, mənasız, hətta zərərli təbliğdir”.
Əli Əhmədovun sözlərinə görə, digər ölkələrdə belə fərqləndirmələr yoxdur. “Buta Airways” bu addımı atmaqla turizm şirkətlərinə mane olmaq istəyir:
“Fikrimcə, faktiki olaraq “Buta Airways”in məqsədi ondan ibarətdir ki, insanlar biletləri gedib turizm şirkətlərindən almasınlar. Bununla da, necəsə onlara mane olsunlar. Bəs, kiminsə kartı yoxdursa? Məsələn, mənim kartım yoxdur və mən bilet almaq istəyirəm. Onda necə olacaq?”
Əhaliyə faydalı məqsəd üçün yaradılan “Buta Airways” anlaşılmaz qərarları ilə öz imicinə zərbə vurur. Əli Əhmədovun qeyd edib ki, hər şey üzdə göründüyü kimi mükəmməl deyil:
Emin Səfərov
www.yenicag.az