Utilizasiya haqqında bunları bilmək VACİBDİR: Ekspertdən aydın İZAH - VİDEO
Artıq təxminən bir ildir ki ölkəmizdə avtomobillərin utilizasiya ilə bağlı proseslər başlayıb. Lakin bəzi vətəndaşlar bu prosesin gedişatından xəbərsizdir.
Bəs utilizasiya ilə bağlı hara müraciət etmək lazımdır? Utilizasiya zamanı vətəndaşa nə qədər pul ödənilir? 
Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov məsələ ilə bağlı geniş məlumat verib .
“Dövlət yol polisinin müvafiq şöbəsinə yaxınlaşaraq avtomobilin nömrə qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi təhvil verilərək arayış alınmalıdır. Ölkəmizdə utilizasiya prosesi üçün dövlət atından çıxış edən qurum “Təmiz Şəhər” adlanır. Onların elektron portalında qeydiyyatdan keçib müvafiq məlumatları daxil etmək lazımdır. Daha sonra seçilmiş tarixdə utilizatora yaxınlaşıb avtomobil təhvil verilir. Nəticədə vətəndaşa təsdiqləyici sənəd verilir və həmin sənəd əsasında vətəndaşa minik avtomobil üçün 1500 manat, böyük yük avtomobilləri üçün isə 3000 manat məbləğində güzəşt verilir. Güzəşt Azərbaycan istehlası olan avtomobil alınarkın istifadə olunur. Yox əgər vətəndaş Azərbaycan istehsalı avtomobil almırsa, bu zaman ona qeyd olunan məbləğin 70 faizi pul şəklində verilir”, – deyə o qeyd edib.
Ətraflı videomaterialda:
Samir Məcid












