!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert keçiriləcək - FOTO

!Reklam – Yazi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli  ilə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının direktoru Ramiz Usmanov arasında görüş olub.

Görüşün əsas məqsədi görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, Azərbaycan dilində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsinə həsr olunub.

Bildirilib ki, Özbəkistanda artıq 1920-ci illərin əvvəllərindən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Leyli və Məcnun” və s. əsərləri əsasında milli musiqi əsərləri yaradılmağa başlanmış, bununla əlaqədar Özbəkistanda peşəkar teatrın yaranması və inkişafında, Özbəkistan professional musiqi sənətinin formalaşmasımda, kadrların yetişməsində Üzeyir Hacıbəyli yaradıcılığı xüsusi rol oynamışdır.

Görüşdə qeyd olunub ki, Üzeyir Hacıbəylini əminlikləŞərq musiqi sənəti tarixinin əsas simalarından birisidir və onun irsinə təkcə operalar deyil, həm də komediyalar, kamera orkestri üçün əsərlər və bütün dünyada tanınmış bir çox digər şah əsərləri daxildir.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin təklifi ilə Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə xalqlarımız arasında mədəni mübadilənin və dostluğun rəmzinə, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığına ehtiram əlaməti olacaq birgə konsertin keçirilməsi qərara alınıb.

www.yenicag.az

117
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv