Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Üzr istəyirəm, Qarabağ barədə məlumatım yoxdur" - Dieqo Simeone

Reklam: High Technic

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşacaq “Atletiko”nun baş məşqçisi Dieqo Simeno oyunöncəsi mətbuat konfransına qatılıb.

Yenicag.az-ın konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, təcrübəli mütəxəssis əvvəlcə sabahkı matçla bağlı fikirlərini bildirib:

“Çempionlar Liqasında ilk iki oyun bizim üçün uğursuz alınsa da, komandama inanıram. İnanıram ki, sabah vacib olan qələbəni qazanacağıq. Bu, bizim üçün ölüm-qalım matçıdır. Bütün futbolçularımdan gözləntilərim eynidir. Onlar “Qarabağ”la oyunda bütün güclərini ortaya qoymalıdırlar”

Simeone “Roma” və “Çelsi” ilə oyunlardakı uğursuz nəticələrdən də söz açıb:

“”Roma” ilə oyunda qəlıbə qazanmalı olduöumuz halda bərabərə qaldıq. Bundan başqa “Çelsi”yə son anda məğlub olduq. Fikrimcə, bu uğursuz nəticələrdən sonra hər hansı dəyişikliyə ehtiyac yoxdur. Lap olsa belə, bunu etməyə hazırıq. Bizim üçüb vacib olan 3 xaldır. Onun da fərqindəyik ki, “Qarabağ”la oyun bizim üçün asan olmayacaq. Çünki təhlükə yarada biləcək futbolçulara sahibdirlər. Bunlardan biri də Miçel Maderadır”.

Simeone Qarabağ torpaqları və Azərbaycanla tərəfdaşlıq barədə verilən suala isə belə cavab verib: “Qarabağın tarixi barədə məlumatım yoxdur. Buna görə üzr istəyirəm. Azərbaycanla əməkdaşlıq isə bizim üçün doğrudan da uğurlu olmuşdu”.

Emin Səfərov

www.yenicag.az

3129
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM