!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vahid Əziz: “Qalib ölkənin şairi kimi fəxarət hissi keçirirəm!”

!Reklam – Yazi

“Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi bir günün – şanlı Zəfər Gününün sevincini və qürurunu yaşayırıq. Zəfər çalmış qalib ölkənin şairi olduğum üçün xoşbəxtəm və fəxarət hissi keçirirəm”.

Bu sözləri Xalq şairi Vahid Əziz Zəfər Günü ilə Yenicag.az-a danışarkən deyib.

Sevilən şair Zəfər Günü ilə bağlı təəssüratlarını bizimlə bölüşüb:

“Zəfər Günü xalqımızın tarixinin öyünə bildiyi gündür. Xalqımızın qələbələri, uğurları çox olub. 20 Yanvar faciəsini yaşadıq, doğrudur, xalqımızın qeyrətinin, ləyaqətinin qələbəsi günü həmin gün olsa da, bu gün, zənnimcə, bir başqadır.

Bu gün elə bir gündür ki, Azərbaycanı tarixi xəcalətdən qurtarıb. Tarixi xəcalət ona görə deyirəm ki, 500 il bundan əvvəldən bəri torpaq itirmişik. Şah İsmayıl və Sultan Səlim savaşından sonra biz çökdük, enməyə, parçalanmağa başladıq”.

“Azərbaycanın fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşib, onun qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, tarixi qələbə qazandıq. Bütün dünyaya qalib xalq olduğumuzu bir daha göstərdik. Zəfər bayrağımız etibarlı əllərdə, “Dəmir yumruq” yerindədir! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Azərbaycan fatehi, müzəffər Ali Baş Komandan, qüdrətli Prezidentimiz İlham Əliyevin “Dəmir yumruğ”una eşq olsun və bu dəmir yumruq əbədi olsun!”

Cəvahir

COP29

www.yenicag.az

910
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv