Valideyn-övlad problemində günahkar kimdir? – Psixoloq

media-hightechnic-468x90

1044560_512642932142782_1881243894_nSon dövrdə səslənən aktual problemlərdən biri də valideyn-övlad münasibətləridir. Zəmanəmizdə övladların daha çox müstəqilliyə meyl etməsinin şahidi oluruq. Bəzi yeniyetmələr ata və analarından uzaqda daha yaxşı həyat sürəcəyinə inanırlar. Digər tərəfdən valideyn faktoru da burda danılmazdır.


Psixoloq Vəfa Əkbər problemi bu cür izah etdi: “Valideyn-övlad problemi hər dövrdə olub və olacaq. Ən yaralı yerimiz odur ki, daim valideynlər özlərini uşaqlara təsdiq etməyə çalışır. Əslinə qalsa, həmin valideyn özü uşaqlığında daha nadinc olub. Problem ondadır ki, daim valideynlər uşaqdan ideal olmağını istəyir. Təxəyyüldə ideal bir uşaq obrazı yaradırlar.
Məsələni araşdırsaq görərik ki, valideyn uşağa yetərincə vaxt ayırmır. Övlada təlim-tərbiyə, doğru yanaşmalar öyrədilməlidir. Əgər uşağa hipernəvaziş, hipersevgi varsa, valideyn həmin övladdan müsbət nəticə gözləməsin. Yaxud əksinə, uşaq təzyiq altındadırsa, daim döyülürsə, o uşaqdan da heç nə gözləmək olmaz. Belə uşaqlar gələcəkdə travmalı insanlar hesab olunurlar. Biz uşaq tərbiyə edəndə düşünməliyik ki, o gələcəkdə cəmiyyətin bir üzvü olacaqdır. Uşağa daha yaradıcı və kreativ formada yanaşmaq lazımdır. Ən çox rastlaşdığımız problemlərdən biri də odur ki, valideynlər psixoloq məsləhətlərini düzgün anlamırlar. Psixoloqlar əsasən, uşağa çox təzyiq etməməyi valideyinə məsləhət bilir. Nəticə etibarilə, valideyn uşağı tamamilə özbaşına buraxır və uşağın əlində bir növ “alətə” çevrilir.
Məsələ orasındadır ki, uşağın fikrinə hörmətlə yanaşılmalıdır. Uşağın fikri nəzərə alınıb, analiz edilməlidir və ona böyük kimi yanaşılmalıdır. Bir məqamı da vurğulayaq ki, uşaq bəzən şəxsiyyət vəsiqəsini alan kimi özünü müstəqil şəxs hesab edir. Amma gəlin, görək, həmin uşaq cəmiyyətə adaptasiya olunubmu?! Yenə də burda problemin kökü valideyndədir. Burda genlərin də təsiri mühümdür. Yəni, övlad nəsildə kiminsə mənfi və ya müsbət genlərini daşıya bilər. Yenə də deyirəm ən böyük hipersevginin olmasıdır. Valideyn və övlad arasında ortaq məxrəc tapılmalıdır”.

Kamran/Yenicag

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600