!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vaqner" muzdluları aprel döyüşləri zamanı ermənilərin tərəfində vuruşub - VİDEOFAKT

!Reklam – Yazi

Rusiyanın ilk özəl hərbiləşdirilmiş mühafizə şirkəti olan “Vagner”in muzdlularını aprel döyüşləri zamanı Qarabağa göndərdiyi haqda ciddi faktlar ortaya çıxıb.

Rusiyada fəaliyyət göstərən “The new time” saytının jurnalisti Georgi Aleksandrovun verdiyi məlumata görə, Suriya müharibəsində aktiv iştirak edən “Vaqner” muzdluları 2016-cı ilin aprel ayında Qarabağda baş vermiş döyüşlər zamanı bölgəyə gətirilib və ermənilərin tərəfində konfliktdə iştirak ediblər.

Alerksandrovun videogörüntülü olaraq verdiyi açıqlamalarına görə, aprel döyüşləri zamanı “Vaqner” təcili səfərbərlik elan edib və minlərlə muzdlunu silah altına alıb.

Azərbaycan ordusunun işğal olunmuş Qarabağdakı əks-hücumlarının qarşısında çıxılmaz vəziyyətdə qalan ermənilərə birbaşa Rusiya ordusunun yardımı beynəlxalq skandala səbəb olacağından Moskva erməni terrorçularına “Vaqnerin” vasitəsi ilə yardım edib.

Xatırladırıq ki, 2016-cı ilin aprel döyüşləri zamanı ordumuz düşmənin hücumlarını dəf edərək əks-hücuma keçmiş və bir neçə strateji əhəmiyyətlə yüksəkliyi öz nəzarətinə almışdı.

www.yenicag.az

2216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv