Vardanyan yük maşınının kuzovunda Qarabağdan qaçdı

Ruben Vardanyanın Moskvaya getməsi ilə bağlı Erməni mətbuatı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Caliber məlumat yayıb.

Məlumata görə, Xankəndidəki qanunsuz rejimin iflasa uğramış “dövlət naziri” Rusiyaya qaçıb. O, bir yük maşınının arxasında Ermənistana aparılıb və orada utilizasiya üçün təhvil verilmiş rus geyimlərini geyinərək qaçıb.

Üstəlik, vurğulanır ki, Vardanyan nəinki Azərbaycan ərazilərini tərk edib, o, sözün həqiqi mənasında aradan çıxıb: “O, Qarabağdan Rusiya sülhməramlı kontingentinə məxsus yük maşınının kuzovunda, Rusiya hərbçilərinə məxsus olan və təkrar emal üçün geri göndərilən, tər iyi verən alt paltarlarının və çirkli uniformaların arasında qaçıb”.

Bu, ilk növbədə Azərbaycan xalqının və şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində baş verdi.

Beləliklə, “Vardanyan layihəsi” artıq uğursuz hesab edilib. Əgər, Ruben Vardanyan başqa bəhanə ilə Qarabağa qayıtmaq qərarına gəlsə, ordumuz müvafiq addımları yerinə yetirəcək.