Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itdi

media-hightechnic-468x90

Naxçıvanda yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.

Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

Qeyd edək ki, “Gəmiqaya Şirkəti” MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa