Vaşinqton və Merilend ştatlarının baş prokurorları Trampa qarşı iddia qaldırıb

Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Trampa qarşı iddia qaldıraraq biznes əlaqələrini kəsməməklə ölkə Konstitusiyasını pozmaqda ittiham ediblər.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, iddia Merilend ştatının məhkəməsinə verilib.

Baş prokurorlar Karl Rasin və Brayan Froş bəyan ediblər ki, Tramp əmlak və maliyyə əməliyyatlarında iştirak edir və dolayısı ilə işgüzar fəaliyyətdədir. Onların qənaətinə görə, Trampın fəaliyyəti ABŞ Konstitusiyasına uyğun olaraq maraqların toqquşması kimi tanına bilər.

“Washington Post” qəzetinin yazdığına görə isə, prokurorlar Trampı Konstitusiyanın korrupsiyaya qarşı maddələrini pozmaqda şübhəli bilirlər. Onların qənaətinə görə, Tramp prezident postuna yiyələndikdən sonra xarici dövlətlərdən milyonlarla gəlir əldə edib.

Yenicag.az

COP29