!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqtondan sülh müqaviləsi ilə bağlı KÖMƏK – “Tramp İlham Əliyevin siyasətini gözəl bilir”

!Reklam – Yazi

“Trampın hakimiyyətə gəlişi ilə dünya siyasətində köklü dəyişikliklər olacağı artıq planlaşdırılır. Hər kəs bilir ki, Tramp hər hansı fikir bildirirsə, bununla bağlı konkret əməli addımlar atılır. Onun qəbul etdiyi son qərarlar da bunu təsdiqləyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili Tramp hakimiyyətinin Ermənistana qarşı münasibətini şərh edib:

“Təbii ki, Ermənistanda çox ciddi narahatlıqlar var. Ermənistan hakimiyyəti narahatdır ki, ABŞ-dakı erməni lobbi və diasporu düzgün seçim etməyib. Amerikadakı erməni diasporunun mütləq əksəriyyəti demokrat Kamala Harrisin lehinə səs vermişdi və Donald Trampın seçilməyəcəyinə əmin idilər. Amma Tramp seçildi və ABŞ tarixində müasir dövrdə nadir prezidentlərdən biridir ki, erməni lobbisindən, demək olar ki, asılılığı yoxdur. Erməni diasporunun dolları onun üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki özü milyarderdir. Təkcə ətrafındakı 3 iş adamının ümumi sərvəti təxminən 1 trilyon dollara yaxınlaşır”.

Onun sözlərinə görə, belə olan vəziyyətdə heç şübhəsiz ki, Tramp Cənubi Qafqaz siyasətində Azərbaycana üstünlük verəcək:

“Onun ilk hakimiyyəti dövrü də bu reallığı təsdiqlədi. Nəzərdən qaçırmayaq ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Tramp hakimiyyətinin son ilinə təsadüf etdi. Tramp Cənubi Qafqaz regionunun coğrafi mövqeyini çox gözəl bilir və burada hansı aktorların olduğunun fərqindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirdiyini də gözəl bilir. Eləcə də Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə necə töhfə verdiyini də əla başa düşür. Bu baxımdan da Azərbaycanla yaxın tərəfdaşdır. Ona görə də onun ikinci prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin qeyd edilən digər yeni istiqamətlər üzrə inkişaf edəcəyi şübhə doğurmur. Məsələyə bu məntiqlə yanaşdıqda, Ermənistan siyasi hakimiyyətinin narahat olmasının motivlərini başa düşmək olar”.

Deputat hesab edir ki, Tramp regionda sülhün və təhlükəsizliyin təminatı olacaq:

“Tramp regionda sülhün və təhlükəsizliyin formalaşmasında maraqlıdır, özünün sülhpərvər prezident kimi tarixdə qalmasını istəyir. Bu sirr deyil ki, onun ilk hakimiyyəti dövründə heç bir müharibəyə başlamadı və bu gün onun hakimiyyətini dövründə müharibələr varsa da, o müharibələr əvvəlki hakimiyyətdən miras qalıb. Bütün bunlara reallıqlar fonunda yanaşsaq, hesab edirəm ki, Cənubi Qafqazsa sülh prosesinin öz məntiqi sonluğa çatmasına Tramp hakimiyyəti kömək edə bilər”.

Nurlan Cəfəri

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv