Vəfa Quluzadə vəfat etdi

media-hightechnic-468x90

c17d9a837b635eb6e76504fecb327d50Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.

Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, V. Quluzadənin səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib. Onun ürəyində şuntlama əməliyyatı aparılması planlaşdırılsa da, səhhəti pisləşib və dünyasını dəyişib.

Verilən xəbərə görə, V. Quluzadənin cənazəsi məscidə gətirilib. Nəvəsi onun xəstəliyi və ölüm şəraiti barədə geniş məlumat vermək istəməyib.

Qeyd edək ki, V. Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.

O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb.

1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib.

1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600