Vəfa Şərifovadan boşanma AÇIQLAMASI: “Günahkar ana və nənələrimizdir”
Tanınmış müğənni Vəfa Şərifova son zamanlar ölkədə artan boşanma hallarının kökündə dayanan səbəblərdən danışıb. Sənətçi bu məsələdə yaşlı nəsli ittiham edib.
Yenicag.az xəbər verir ki, bu sözləri ifaçı “Öz aramızda” verilişində qonaq olarkən deyib.
Müğənni bildirib ki, Azərbaycanda boşanmaların digər ölkələrlə müqayisədə çox olmasının əsas səbəbi ailədə verilən yanlış tərbiyə və keçmişdən qalan “dözmək” vərdişidir:
“Səbəb ana və nənələrimizdir, onların övladlarını bu tərbiyədə böyütməsidir. Deyirlər ki, ‘həyat yoldaşım anamdan artıq deyil ki, o, xəyanəti bağışlayıbsa, bu da bağışlamalıdır’. Məhz bu düşüncə tərzi boşanmaları artırır”.
Vəfa Şərifova yeni nəslin fərqli yanaşma nümayiş etdirməli olduğunu vurğulayıb:
“Yeni nəsil görəndə ki, ata anasını xəyanətə görə boşayıb, artıq o da həyat yoldaşına qarşı o addımı atmayacaq. İnsanlar xəyanətin bağışlanmaz olduğunu görməlidir”.
Nehru













