Velosipedlə tullanmaq üzrə dünya rekordu qırdı

media-hightechnic-468x90

Polşanın Jeşuva şəhərindən olan Krıstian Herba yeni dünya rekordu qırıb. İdmançı velosipedlə tullanmaq texnikasından istifadə edərək Varşavanın mərkəzində “Varso” qalasının 4 mindən çox pilləkənindən yuxarı qalxıb.

media-banner_tkm

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Avropa İttifaqında ən hündür binadır.

Bina 53 mərtəbəlidir, şpil ilə birlikdə hündürlüyü 310 metr təşkil edir. K.Herba artıq 7-ci dəfədir Ginnesin rekordçusu olur.

“Gələn il bu rekordu 100 faiz yeniləmək istəyirəm. Düşünürəm ki, 4500-4600 pilləkəni qət etmək istəyəcəyəm, lakin hələ buna baxarıq”, – deyə idmançı bildirib.

Qeyd edək ki, bu günə qədər Krıstian Herba 4 qitədəki 13 ölkədə 18 müxtəlif yarışlarda qalib gəlib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05