!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili

!Reklam – Yazi

“Dövlət vətəndaşların kredit borcunun bir hissəsini öz üzərinə götürməlidir.”

Yenicag.az xəbər verir ki, bunu büdcə müzakirəsi zamanı Milli Məclisdə çıxış edən deputat Tahir Kərimli deyib. Çıxışı zamanı neftin qiymətindən, problemli kreditlərdən danışan millət vəkili etirazını səsləndirib. Onun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar gələn il üçün neft qiymətlərinin 50 dollardan az olmayacağını proqnozlaşdırıblar. Amma Azərbaycan büdcəsi layihəsində neftin bir barelinin baza qiyməti 45 dollar hesablanıb. Bu, 48 və ya 50 dollar götürülməlidir ki, layihədə olan büdcə kəsri azaldılsın.

Tahir Kərimli daha sonra problemli kreditlərdən söz açıb:

“Borcların yaranması vətəndaşların problemi deyil. Ölkədə devalvasiya baş verib və xərclər-borclar artıb. Belə olan halda vətəndaşın borcu qaytarmağa imkanı yoxdur. Heç olmasa dövlət bu borcların 1/3 hissəsini öz üzərinə götürüb, ödəməlidir.”

www.yenicag.az

4805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv