Bu gün “Veteninfo.az” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 12-ci ildönümüdür.
Yenicag.az xəbər verir ki, “Veteninfo.az” 2012-ci ilin martın 17-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.
Sayt vasitəsilə gün ərzində Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar, eləcə də şou və əyləncə xəbərləri geniş oxucu kütləsinə təqdim olunur.
Saytın təsisiçisi və baş redaktoru tanınmış jurnalist Nahid Canbaxışlıdır.
Biz də Yenicag.az olaraq “Veteninfo.az” saytının kollektivini və yaradıcı heyətini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
www.yenicag.az