Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatdı

media-hightechnic-468x90

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub.

Yenicag.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar.

60-a yaxın iştirakçının qatıldığı çempionatda bütün rəqiblərini üstələyən Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Ruvayeva şəxsi mübarizədə baş mükafata layiq görülüblər. Zaur Mikayılovla Mahir Cəbiyev tandemi isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa