www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamed (1)Veysəloğlu rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə tələbə adını qazanan övladları ilə görüş keçirdi

Şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına aylıq təqaüd müəyyən edib

Cari ilin 15 sentyabr tarixində Veysəloğlu şirkətində əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında görüş keçirildi. Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı övlad olmağı arzulamışdır.
Tədbir zamanı həmçinin şirkət əməkdaşları və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şərait üçün ölkə rəhbərliyinə minnətdarlığını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Veysəloğlu şirkətinin 9 nəfər əməkdaşının övladı 2016-2017 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar qazandıqları yüksək nəticəyə görə Veysəloğlu Tələbə Təqaüd Proqramının İştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəbələrə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcəkdir. Bundan başqa 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.

Veysəloğlu Şirkətlər Qrupu 2013-cü ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı (VTTP) həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 233
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."