Vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNAT

media-hightechnic-468x90

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-yə yeni direktor təyin olunub.

Yenicag.az xəbər verir ki, bu, Eldar Vəliyevdir. O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.

Xatırladaq ki, “Elektron Hesablayıcı Maşınları Zavodu” SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600