!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Volkovun Qarabağdan geri çağırılmasının SƏBƏBİ: "Ondan sonra gələcək komandanlar..." - MÖVQE

!Reklam – Yazi

“Volkov və ondan sonra gələcək komandanlar heç nəyi həll etmir və onların qərar vermək səlahiyyəti yoxdur”.

Bu fikri Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovun Qarabağdan geri çağırılmasını dəyərləndirən hərbi ekspert Ramil Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Ramil Məmmədli bildirib ki, Volkovun getməsi siyasi yox, hərbi qərardır:

“Volkov təxminən 8 aydır Qarabağda xidmət edir. Bilirik ki, Rusiya hazırda müharibə edən ölkədir. İstər istəməz yüksək rütbəli zabitlərin ratasiyası sürətli şəkildə həyata keçirilir. Volkovun tərcümeyi-halına baxsaq görərik ki, o, xidməti dövründə daim münaqişələr bölgəsində xidmət edib. Yəni qərargah zabiti olmayıb. Bu baxımdan da, Volkovun Qarabağda xidmət etməsi Rusiya Müdafiə Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib.

Məsələyə iki istiqamətdə yanaşa bilərik. Birincisi, Ukraynada xidmət aparan hansısa generalın yerinin dəyişdirilməsi konteksində baxa bilərik. İkincisi isə, ola bilər ki, daha proqmatik generalın Rusiya sülhməramlılarına komandan gətirilməsi məqsədəuyğun hesab edilir.

Bizim cəmiyyət tamam fərqli şeylər istəyir. Cəmiyyətimizin arzuları bir çox hallarda dövlət idarəçilik sistemi ilə uzlaşmır. Bunu təbii qəbul edirəm, əslində, bütün cəmiyyətlər belədir. Hesab edirəm ki, Volkovun yerinə daha proqmatik zabit gətiriləcək. Son 5 ayda baş verən hadisələr Volkovun imicinə bir qədər mənfi təsir göstərdi. Baxmayaraq ki, bu onun səlahiyyət çərçivəsində olan məsələ deyil. Bir şeyi anlamaq lazımdır ki, istənilən rütbədə olan hərbçi əmr icra edir, əmrə tabedir. Çox təəssüf ki, hərbi xidmətdə olan, hərbi icmalçı kimi, şərhçi kimi danışan şəxslər belə Volkovu ittiham edirdilər. Məsələ ondadır ki, həmin hərbi ekspertlər xidmətdə olan zaman bütün əmr və tapşırıqları müzakirəsiz icra ediblər.

Sülhməramlılara iki istiqamətdə nəzarət var. Biri Müdafiə Nazirliyi, digəri isə kəşfiyyat və əks kəşfiyyatın nəzarətidir. Faktiki olaraq Volkovun xidməti iki əlavə istiqamətdə nəzarət altında saxlanılır. Bu baxımdan Volkovun özbaşına addım atması mümkün deyil. Qarabağdakı kontingent hansısa uzaq şərqdəki hərbi hissə deyil. Dünyanın gözü olduğu, nəzarət etdiyi, ABŞ və Fransanın nəzarət etdiyi ərazidir. Bu baxımdan, Volkovun xidmətdən ayrılması heç də kənar qüvvələrin təsiri ilə ola bilməz.

Qarabağda xidmətdə olan rus zabitlərinin yarısı təxminən bir il əvvəl Ukraynadakı əməliyyatlarda iştirak edən adamlardır. Çünki onlar da ratasiya qaydası ilə göndərilib, aralarında yaralananlar, qismən xidmətə yararsız olanlar var. Volkovla bağlı qərarın siyasi yox, hərbi qərar olduğunu düşünürəm”.

Səxavət Məmməd

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv