Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vyana sazişi neft bazarına kömək edəcək, lakin qısa müddətlik - Ekspert

Neft hasilatının azaldılması barədə Vyana sazişi neft bazarına müsbət təsir etməklə yanaşı, şist neft istehsalçılarını da sevindirəcək.

Yenicag.Az  OilGas.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə “Goldman Sachs Group Inc.” investisiya bankının ekspertləri çıxış ediblər. Ekspertlər hesab edirlər ki, sazişin daha 9 ay müddətinə uzadılması gələn ilin əvvəllərində neft ehtiyatlarının normallaşmasına kömək edəcək.

Bu zaman ekspertlər daha uzaq perspektivlərə diqqət etməyə çağırırlar. Belə ki, neft ehtiyatlarının son 5 ilin orta səviyyəsinə qədər azaldılması neft bazarını sevindirməklə yanaşı, şist neft istehsalçılarının da ümidlərini artıracaq. Bundan əlavə, sazişin müddəti başa çatdıqdan sonra iştirakçı ölkələr bazarda pay bölgüsü uğrunda mübarizə təcrübəsinə geri qayıda bilərlər.

“Goldman Sachs” ekspertləri xəbərdarlıq edirlər ki, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı əvvəlki həddə çatdırması, eləcə də ABŞ-da hasilatın artımı 2018-ci ilin sonlarında bazarı təklif artımı ilə qarşı-qarşıya qoya bilər.

Ekspertlər hesab edirlər ki, iştirakçı ölkələr sazişin müddətinin uzadılması barədə düşünməli, hasilat üzrə plan işləməli və istehsalı mərhələli şəkildə artırmalıdırlar. Belə olacağı təqdirdə, ehtiyatları nəzarətdə saxlamaqla bazarda pay uğrunda mübarizəni davam etdirmək olar.

 

Yenicag.Az

www.yenicag.az

611
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100