!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"WhatsApp"istifadəçiləri əsəbiləşdirəcək - YENİ QƏRAR

!Reklam – Yazi

Dünyanın ən böyük mesajlaşma platforması sayılan “WhatsApp”da yenilik olacaq.

Yenicag.az xəbər verir ki, yeni versiyada istifadəçilərin hekayə paylaşdıqları bölmədə reklamlar görünəcək.

1,5 milyard istifadəçisi olan şirkətin bu qərarı narazılıqla qarşılanıb. Çox sayda istifadəçi şirkətin sahibi Mark Zukerberqə “Facebook” sosial şəbəkəsində öz tənqidlərini yazıb və bunu edəcəyi təqdirdə, platformanı tərk edəcəyini deyib.

Xatırladaq ki, “WhatsApp” 2012-ci ildə istifadəçilərinə platformanın gəlir məqsədli istifadə edilməyəcəyi və istifadəçilərinin məlumatlarını toplamayacağı barədə söz vermişdi. (publika.az)

www.yenicag.az

1358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv