!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Wi-Fi 6 texnologiyası təkmilləşir: Wi-Fi 6E gəlir

!Reklam – Yazi

Wi-Fi Alliance qurumu yeni texnologiyalar üzərində işləyərək Wi-Fi 6-nı dünyaya təqdim etmişdilər. İndi isə Wi-Fi 6-nın daha təkmilləşmiş versiyası Wi-Fi 6E təqdim olundu. Yeni protokol və texnologiya Wi-Fi 6-a nəzərən daha sürətli olacaq və fərqli tezlik zolağından istifadə edəcək.

Yenicag.az xəbər verir ki, Wi-Fi 6E, Wi-Fi 6-dan fərqli olaraq 6 Ghz tezlik zolağından istifadə edəcək.

Hal-hazırda Wi-Fi-larda Wi-Fi 5 (802.11ac) və Wi-Fi 6 (802.11ax) protokollarından istifadə edilir. Bu da istifadəçilərə 2.4 Ghz və 5 Ghz tezliyində şüalandırma qabiliyyətindən istifadə imkanı yaradır.

Lakin Wi-Fi 6E ilə birliktə artıq 6 Ghz tezlik zolağına keçiləcək. Həmçinin 14 ədəd 80 Mhz kanal və 7 ədəd 160 Mhz kanaldan istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, Wi-Fi 6 protokolu 6 Ghz tezlik zolağından istifadə etmir, onun yerinə 5 Ghz zolağı maksimum potensialında istifadəyə imkan yaradır. Ona görə də Wi-Fi 6 ilə Wi-Fi 6E texnologiyalarını qarışdırmaq olmaz.

Bunlardan əlavə 60 Ghz tezlik zolağında işləyə bilən texnologiya da mövcuddur və bu WiGig adlanır. Əsasən VR cihazları üçün nəzərdə tutulan bu texnologiya da istifadəyə veriləcəkdir. Hal-hazırda Wi-Fi 6E protokolu istifadə verilməyib. Verildiyi anda ekosistemdə yeni router və modemlər görəcəyik./Technote/

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv