“Wizz Air” Bakıdan uçuşları təxirə saldı

media-hightechnic-468x90

wizz_air_240914Ucuz sərnişin aviadaşımalar sayəsində turistlər arasında populyar olan “Wizz Air” şirkəti Bakıdan Avropaya uçuşların başlamasını təxirə salıb.

media-banner_tkm

Xatırladaq ki, şirkət daha əvvəl Bakıdan Budapeştə uçuşların apreldə başlayacağını açıqlamışdı, lakin hazırda saytda aprel üçün biletlərin sifarişi mümkün deyil. Uçuşlar həftədə iki dəfə həyata keçirilməli idi. Şirkətin rəsmi saytında Bakı-Budapeşt-Bakı biletinin qiyməti 160 avrodur.

Şirkətdən bildiriblər ki, daha əvvəl əldə edilmiş biletləri digər tarixlərlə dəyişmək mümkün olacaq. Digər tərəfdən, şirkət müştərilərin arzusu ilə biletin qiymətinin 20 faizi həcmində kompensasiya ödəyə bilər. Şirkət, eyni zamanda, Kutaisidən uçuşlardan istifadə etməyi təklif edir.

(trend.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05