Xaçmaz polisindən əməliyyat

media-hightechnic-468x90

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən N.İsgəndərov saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlayıb. O, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600