Xaçmazda ağır yol nəqliyyat hadisəsi

media-hightechnic-468x90

5fabb75ac172c2f89f7a4c1d1689e928Bu gün axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndob-Yalama yolunun 15-ci km-də, rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Çarxı kənd sakini Mustafayev Faiq Fikrət oğlu idarə etdiyi 27 BJ 787 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin Xaçmaz rayonu, Qalaqan kənd sakini 1959-cü il təvəllüdlü İbrahimova Salat Əlibala qızıolduğu müəyyənləşib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600