Xaçmazda ailə dramı

media-hightechnic-468x90

Knife_250909-300x222Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, rayon sakini Əzizov Şirinbala Nizami oğlu doğma oğlu Əzizov Nizami Şirinbala oğlunu bıçaqlayıb.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Ailədə baş vermiş münaqişə ata ilə oğulun davası ilə nəticələnib. Həticədə Ş.Əzizov oğlu N.Əzizova 5 bıçaq zərbəsi endirib.
Yaralı vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Əzizovun həyatını xilas etmək mümkün olub. N.Əzizov hazırda xəstəxanada həkim nəzarətində saxlanılır.
Hadisəni törədən Ş.Əzizovun ifadəsi alınsa da, saxlanılmayıb. Oğlunu bıçaqlayan ata ifadəsi alınandan sonra sərbəst buraxılıb.
Hazırda Xaçmaz rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600