Sumqayıtda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.
ARB 24 xəbər verir ki, hadisə şəhərin “Beton zavodu” adlanan ərazisində qeydə alınıb.
Xalası oğlunun evinə qonaq gedən Kənan Adıyevlə qonşuluqda yaşayan Qurban Zülfüqarov arasında mübahisə yaranıb. Bu vaxt Adıyevin xalası oğlu söhbətə qoşulub və aranı sakitləşdirməyə cəhd göstərib. Toydan gələn Qurban Zülfüqarov bir neçə dəqiqədən sonra yenidən onların yaşadığı evə gedib. Bu dəfə tək yox. Səsə qonşular çıxıb. Bunu görən şəxslər hadisə yerindən uzaqlaşıblar. Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Nurəddin Əliyev – Saxlanılan şəxs: “Girdik içəri, sonra yenidən gəlib qapını döydü. Xalamoğlu çıxdı, atam çıxdı. Xalamoğlunu döydülər. Mən də bıçaqla çıxıb, birini böyründən, birini də yumşaq yerindən bıçaqladım”.
Saxlanılan Nurəddin Əliyev iki nəfəri bıçaqladığını etiraf edib.
Yenicag.az
www.yenicag.az