!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti əcnəbiləri heyran etdi - FOTOLAR

!Reklam – Yazi

Xalq artisti Gülyanaq Məmmədova Avstriyanın Vyana şəhərində keçirilən İmadəddin Nəsiminin yubileyinə həsr olunmuş konsert proqramında Azərbaycanı təmsil edib.

Səfərdən qayıdan sənətçi təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Bu konsert Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovanın dəvəti ilə baş tutdu. İmadəddin Nəsiminin yubileyinə həsr olunmuş bir muğam gecəsi idi. Nəsiminin qəzəl aləminə baş vurduq. Məni tarda Emil Mirzəliyev, kamançada Fərrux Haşımov müşayiət etdi. Çox böyük maraqla qarşılandı. Hətta dilimizi bilməyən əcnəbi tamaşaçılar bizi o qədər heyranlıqla dinləyirdilər ki… Konsertdən sonra yaxınlaşıb heyranlıqlarını ifadə edirdilər. Azərbaycan musiqisini dünyada təmsil və təqdim etmək mənim üçün fəxarətdir. Həmişə bundan qürur duymuşam”.

Xalq artisti onu da bildirdi ki, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradıcı heyəti “Bulmuşam həqqi…” adlı ədəbi-bədii musiqi proqramı ilə çıxış edib.

Xalq artisti Mehriban Zəki, gənc aktyorlar Mirsənan Kazımlı və Ziya Ağayev Nəsiminin qəzəl və rübailərini söyləyiblər. Tanınmış qaval ifaçısı Mahmud Salahın müşayiət etdiyi sənətçilər İmadəddin Nəsiminin dövrünə xas şəkildə ifaları ilə tamaşaçılarda unudulmaz təəssürat yaradıblar.

Cəvahir

COP29

www.yenicag.az

4269
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv