“Xalq artisti”, “əməkdar artist” adları ləğv edilsin-Təklif
Əhməd Qəşəmoğlu: “Bu adlar indiki halda ziyan gətirir”
“Xalq artisti”, “əməkdar artist” və s. bu kimi fəxri adlar ləğv olunmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu dedi: “Bütün praktikalar göstərir ki, “əməkdar artist”, “xalq artisti” və s. bu kimi adlar xeyirdən daha çox ziyan gətirir. Eyni zamanda, bu adlar tam olaraq obyektivcəsinə verilsəydi, məsələyə bir qədər başqa cür də yanaşmaq olardı. Amma ölkəmizdə belə adların özü problem yaratmaqla bərabər, həm də çox hallarda obyektiv olaraq verilmir. Belədə cəmiyyətin mənəvi dəyərlərinə ciddi zərbə dəyir. Bir çox müğənni, yazıçı və s. peşə sahibləri ad almaq uğrunda yaradıcılığı kənara qoymaqla böyük bir işə girişirlər. Bütün bunların təhlili göstərir ki, bu kimi adlar indiki halda effekt vermir, əksinə ziyan gətirir. Ona görə Azərbaycanda bu kimi adların verilməsinin ləğv olunması tərəfdarıyam”.
Rüfət